...

Şəhər planlaşdırması zamanı gənclər və cəmiyyətin tələbləri nəzərə alınmalıdır - Komitə sədri

Cəmiyyət Materials 6 Dekabr 2025 10:43 (UTC +04:00)
Şəhər planlaşdırması zamanı gənclər və cəmiyyətin tələbləri nəzərə alınmalıdır - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər ancaq iqlim və dayanıqlılıq məsələlərində deyil, digər istiqamətlərdə də aktivlik nümayiş etdirməlidirlər.

Trend xəbər verir ki, bunu D-8 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev D-8 Gənclər Dialoqunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan gəncləri memarlıq sahəsində aktiv iştirak edirlər:

“Biz başa düşürük ki, şəhər planlaşdırması zamanı gənclər və cəmiyyətin tələbləri nəzərə alınmalıdır. Biz təhsilə, modelliyə çox böyük önəm veririk”.

O qeyd edib ki, baş tutan Dialoqlar multikultural əməkdaşlığa çox böyük töhfə verir.

Anar Quliyev gəncləri Ümumdünya Şəhərsalma Forumunda da aktiv iştirak etməyə səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti