Bakı. Trend:
Qəzzadakı müharibədə ABŞ-nin dəstəklədiyi atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışıqlar həlledici mərhələdədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani Doha Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, vasitəçilər atəşkəsin növbəti mərhələsini irəli aparmaq üçün çalışırlar. Əl-Sani, ölkəsinin müharibədə əsas vasitəçilərdən biri olduğunu vurğulayıb.
“Bunu hələ atəşkəs hesab edə bilmərik. Atəşkəs yalnız İsrail qüvvələrinin tam şəkildə geri çəkilməsi, Qəzzada sabitliyin bərpa olunması, insanların sərbəst daxil olub-çıxa bilməsi ilə mümkündür – bu isə bu gün baş vermir," - deyə əl-Sani bildirib.