Bakı. Trend:
Avropa Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşır və hərbi yönümlü iqtisadiyyat formalaşdırır.
Trend xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının rəsmi mövqeyi 2030-cu ilə qədər müharibəyə hazır olmaqdır və bu məqsədlə hərbi iqtisadiyyat yaradılır.
Orban qeyd edib ki, Aİ ölkələri avtomobil istehsalını silah və zirehli texnika buraxılışına yönəltməyə başlayıblar.
O vurğulayıb ki, hərbi genişlənmənin dörd mərhələsi var.
"Birinci mərhələ – diplomatik əlaqələrin kəsilməsi və bu artıq baş verib. İkinci mərhələ – iqtisadi sanksiyaların tətbiqi və əməkdaşlığın dayandırılması. Üçüncü mərhələ – çağırış sisteminin tətbiqi və hərbi iqtisadiyyata keçid, hazırda həm biz, həm də Brüssel bu mərhələdəyik. Dördüncü mərhələ isə birbaşa toqquşma mərhələsidir", - deyə Orban bildirib.