...

Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək

Dünya xəbərləri Materials 6 Dekabr 2025 20:08 (UTC +04:00)
Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək

Bakı. Trend:

Yeni konstitusiyaya əsasən, Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək.

Trend xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Dohada keçirilən forumda açıqlayıb.

Onun sözlərinə görə, milli dialoq üzrə geniş konfrans keçirilib və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul edilib. Bu sənəd prezidentə beş il müddətinə hakimiyyətdə qalmaq səlahiyyəti verir. Bu beş illik dövr ərzində bir sıra qanunların qəbul ediləcəyi və dövlət idarəetmə sisteminin əsasını təşkil edəcək yeni konstitusiyanın hazırlanacağı nəzərdə tutulur. Suriyanın keçid dövrü prezidenti qeyd edib ki, dörd ildən sonra mütləq prezident seçkiləri keçiriləcək.

O həmçinin bildirib ki, keçid dövrünün mürəkkəbliyi və spesifik xüsusiyyətləri prosesin daha çox vaxt tələb etməsinə səbəb olur.

Əlavə olaraq, o vurğulayıb ki, ölkənin ağır vəziyyətinə baxmayaraq, keçid hökuməti parlament seçkilərini təşkil edib və bu proses mövcud şəraitə uyğun şəkildə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti