Bakı. Trend:
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.
Trend-in məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, aşağıdakı dərman vasitələri də siyahıya əlavə edilib:
| Sıra №-si | Dərman vasitəsinin adı (Azərbaycanca / İngiliscə ) | Beynəlxalq patentləşdirilmiş adı | Dərman vasitəsinin marketinq və dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi | |||||||
| 125. | Elapraza / Elaprase | Idursulfase | Takeda Pharmaceuticals | |||||||
| 126. | İmcivree / Imcivree | Setmelanotide | Rhythm Pharmaceutıcals Netherlands B.V. | |||||||
| 127. | Aqamri / Agamree | Vamorolone | Santhera Pharmaceuticals (Deutschland) GmbH / Catalyst Pharmaceutical Partners, Inc. | |||||||
Məlumat üçün bildirək ki, qərar dekabrın 2-də qəbul edilib, dekabrın 4-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 5-də qüvvəyə minəcək.
