...

Netanyahu Fələstin dövlətinin yaradılması ideyasına qarşı çıxıb

Dünya xəbərləri Materials 7 Dekabr 2025 17:38 (UTC +04:00)
Netanyahu Fələstin dövlətinin yaradılması ideyasına qarşı çıxıb

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə B.Netanyahu Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib.

"İki dövlət məsələsinə gəldikdə isə, xeyr, bizim fərqli baxış bucağımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir. Onların artıq Qəzzada bir dövləti var idi, de-fakto dövlət olub və bu dövlətdən yeganə yəhudi dövlətini məhv etməyə çalışmaq üçün istifadə olunurdu. Biz hesab edirik ki, ərəb dövlətləri ilə daha geniş sülhə, eləcə də Fələstin qonşularımızla əldə edilə bilən sülhə gedən yol var. Amma biz qapımızın ağzında məhv olmağımızı istəyən bir [Fələstin] dövləti yaratmayacağıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti