...

Oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb

Hadisə Materials 6 Dekabr 2025 13:30 (UTC +04:00)
Oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Binəqədi rayonu ərazisində paytaxt sakini olan bir nəfər polisə müraciət edərək “Ford” markalı avtomobilindən mobil telefonun oğurlandığını bildirib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı C.Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Xətai rayonunda isə “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən N.Süleymanzadə də polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxs oğurladığı mopedi sonradan 485 manata satıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti