...

Nigeriya Benində çevriliş cəhdinin iştirakçılarına hava zərbələri endirib

Dünya xəbərləri Materials 8 Dekabr 2025 02:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriya Hərbi Hava Qüvvələri Beninin iqtisadi paytaxtı Kotonuda baş tutmayan hərbi çevriliş cəhdinin iştirakçılarına hava zərbələri endirib.

Trend-in məlumatına görə, bunu "Frans Press" agentliyinə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Ehimen Ejodamen bildirib.

Onun sözlərinə əsasən, Nigeriya Hərbi Hava Qüvvələri Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) və Regional Gözləmə Qüvvələrinin protokollarına uyğun olaraq Benində əməliyyatlar həyata keçirib.

Nigeriyanın Makama portalı yazır ki, Nigeriya qırıcıları çevrilişə cəhd edənlərin zirehli avtomobillərlə Kotonunu tərk etməyə çalışdığı vaxt onlara zərbələr endirib. Hava hücumlarının Benin hakimiyyətinin məlumatı və razılığı ilə həyata keçirildiyi bildirilib.

Şahidlər Kotonunun müxtəlif yerlərində çoxsaylı partlayışların eşidildiyini, üsyançıların və onların avadanlıqlarının məhv edildiyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti