...

ABŞ Netanyahunun Sisi ilə görüşünü təşkil etməyə çalışır

Dünya xəbərləri Materials 7 Dekabr 2025 22:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir.

Məlumatda deyilir ki, bu təşəbbüs ABŞ-ın iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmaq səylərinin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti