...

Ötən ay Bakıda qeyri-yaşayış obyektlərinin qiyməti necə dəyişib? - CƏDVƏL

İqtisadiyyat Materials 6 Dekabr 2025 10:05 (UTC +04:00)
Ötən ay Bakıda qeyri-yaşayış obyektlərinin qiyməti necə dəyişib? - CƏDVƏL
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma Nərimanov rayonunda qeydə alınıb. Həmin rayonda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin orta qiyməti 5041 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 25,8% çoxdur.

Paytaxtın Yasamal rayonunda da qeyri-yaşayış obyektlərinin qiymətlərində yüksək artım müşahidə olunub. Bu rayonda noyabrda həmin tipli obyektlərin bir kv.metrinin orta qiyməti 7803 manata bərabər olub (+24,7%).

Səbail və Nəsimi rayonları da qeyri-yaşayış obyektləri yüksək göstəricilərlə seçilib. Səbaildə orta qiymət 8034 manat (+ 18,4% ), Nəsimidə isə 5092 manat (+ 22,3% ) təşkil edib.

Noyabrda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin orta qiyməti Xətai rayonunda 6021 manat (+ 10,2%), Nizami rayonunda 4061 manat (+ 17,3%), Binəqədi rayonunda 3536 manat (+ 9%), Sabunçu rayonunda 4564 manat (+ 13,4%), Xəzər rayonunda 2241 manat (+ 11,3%), Suraxanı rayonunda 3033 manat (+ 7,3%), Qaradağ rayonunda 2094 manat (+ 9,3%), Pirallahı rayonunda isə 2023 manat (+ 3,4%) olub.

Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin qiyməti artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti