...

Benində dövlət çevrilişi cəhdinin qarşısı alınıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Dekabr 2025 15:45 (UTC +04:00)

Bakı. Trend:

Benində hərbi qrupun hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə "24 Heures au Benin" xəbər portalı bildirib.

Məlumata əsasən, çevriliş Milli Qvardiya bölmələri tərəfindən yatırılıb. Üsyançılar həbs edilib və konstitusiya qaydası bərpa edilib.

Həbs üsyançıların həmin səhər efirə çıxdığı, dövlət çevrilişi və prezident Patris Talonun devrilməsi elan etdiyi Benin Yayım Korporasiyasının binasında baş tutub. Qrup səkkiz hərbçidən ibarət olub.

xxx

14:14

Hərbçilər Benində hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Trend-in məlumatına görə, bu barədə əsgərlər dövlət televiziyasının efirində deyiblər.

Məlumata əsasən, bu səhər ölkənin ən böyük şəhərlərindən biri olan Kotonuda silah səsləri eşidilib.

Çıxış edən hərbçilər prezident Patris Talonun istefasını, "Hərbi Yenidənqurma Komitəsi"nin yaradılmasını, konstitusiyanın dayandırılmasını və bütün qurumların və siyasi partiyaların ləğvini elan ediblər. Onlar həmçinin ölkə sərhədlərinin bağlandığını açıqlayıblar və "Patris Talonun hakimiyyətini və bəzi vətəndaşların namizədlərini seçmək hüququndan məhrum edilməsini" pisləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti