Bakı. Trend:
Birləşmiş Ştatlar öz nüvə triadasını yeniləyəcək və digər ölkələrlə eyni səviyyədə nüvə sınaqları aparacaq.
Trend xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı deyib.
Heqset əlavə edib ki, ABŞ Çinlə hərbi qarşıdurma axtarmır.