Bakı. Trend:
Konqo Demokratik Respublikası ilə Ruanda arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmasına rəğmən, bölgədə vəziyyət daha da ağırlaşıb.
Trend xəbər verir ki, Ruanda ilə sərhəddə yerləşən Kamanyola şəhəri intensiv hücuma məruz qalıb.
Hücum zamanı ağır artilleriyadan istifadə edildiyi bildirilir. Mülki şəxslər arasında itkilər barədə məlumatlar ziddiyyətlidir və dəqiq statistika hələlik açıqlanmayıb.
Qeyd edək ki, dekabrın 5-də Vaşinqtonda tərəflər arasında sülhə dair ilkin razılıq əldə edilmişdi. ABŞ Prezidenti Donald Tramp sözügedən razılaşmanı “möcüzə” kimi qiymətləndirmişdi.
