Bakı. Trend:
Növbəti il Azərbaycanda BMT tərəfindən dəstəklənən müxtəlif böyük tədbirlər keçiriləcək.
Trend xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov D-8 Gənclər Dialoqunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu, çox böyük bir imkandır:
“Biz gənclərin təşəbbüslərini və COP29 təşəbbüslərini bu platforma vasitəsilə birləşdirir və uzlaşdırırıq”.
F.Qayıbov vurğulayıb ki, növbəti il keçiriləcək forumun əsas mövzusu şəhərlər olacaq və əsasında insanlar dayanacaq:
“Gənclər — xüsusilə də innovasiya və yaradıcılıq sahəsində aktiv olan gənclər — böyük enerji və potensiala malikdirlər. Dialoqun gündəmi çox dolu və aktiv olacaq, gənclər isə fəal iştirak edəcəklər. Burada, həmçinin çox sayda könüllü də iştirak edir”.
