...

"Arsenal" klubunun heyətində ciddi itki baş verib

İdman Materials 7 Dekabr 2025 02:18 (UTC +04:00)
"Arsenal" klubunun heyətində ciddi itki baş verib

Bakı. Trend:

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, Premyer Liqanın 14-cü turunun "Brentford"la oyununda (2:0) zədələnən Kristian Moskeranın durumu məlum olub.

Topuğundan xəsarət alan alan ispaniyalı müdafiəçinin zədəsi ciddidir. 21 yaşlı mərkəz müdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" Kristian Moskeranı mövsümün əvvəlində "Valensiya"dan 15 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü London təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti