Bakı. Trend:
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Əbu-Dabi Qran Prisindən sonra karyerasında ilk dəfə "Formula 1" üzrə çempionluq titulunu qazanıb.
Trend-in məlumatına görə, yarışda "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci, "McLaren" komandasının pilotu Oskar Piastri ikinci, onun komanda yoldaşı L.Norris isə üçüncü yeri tutublar.
Norris mövsümün xal sayında (423) qalib gəlib və Ferstappendən (421) iki xal irəlidə olu. Piastri 410 xal toplayıb.
Konstruktorlar Kubokunu da "McLaren" komandası qazanıb.