...

Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib

Hadisə Materials 6 Dekabr 2025 23:47 (UTC +04:00)
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində daha bir nəfər həyatını itirib.

Trend-in yerli müxbirinin məlumatına görə, yaralananlar arasında 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Xatırladaq ki, yanğın hadisəsi şəhərdə yerləşən yaşayış binalarının birində baş verib. Hadisə zamanı bir nəfər qadın ölüb. Evdə olan digər 2 nəfər yanıq xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti