...

Kelloq Ukrayna üzrə nizamlanmada iki əsas məsələnin qaldığını açıqlayıb

Dünya xəbərləri Materials 7 Dekabr 2025 08:59 (UTC +04:00)

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsinin sonuna yaxınlaşsa da, danışıqlar gündəmində hələ iki əsas məsələ açıq qalır – Zaporojye Atom Elektrik Stansiyasının taleyi və Ukraynanın Donetsk vilayəti ərazilərinin kimə məxsus olacağı.

Trend xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxış edərkən deyib.

O bildirib ki, son mərhələ ən çətin hissədir:
"Son 10 metr hədəfə çatmağın ən ağır mərhələsidir. Düşünürəm ki, həll olunası iki əsas məsələ qalıb – Donetsk vilayəti və Zaporojye AES. Bu, böyük bir atom elektrik stansiyasıdır. Əgər bu iki problemi həll etsək, qalan məsələlər də müsbət nəticə verəcək."

ABŞ Dövlət katibi Marko Rubio isə daha əvvəl "Fox News"a müsahibəsində bildirib ki, Ukrayna üzrə danışıqlarda əsas mübahisə Donetsk vilayəti ərazisinin qalan 20 faizi ətrafında gedir.

Xəbər lenti

Xəbər lenti