...

ARDNF aktivləri 2029-cu ilə qədər Azərbaycanın xarici borcunu üstələyəcək - "S&P"

İqtisadiyyat Materials 6 Dekabr 2025 11:56 (UTC +04:00)
ARDNF aktivləri 2029-cu ilə qədər Azərbaycanın xarici borcunu üstələyəcək - "S&P"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2029-cu ilə qədər ölkənin ümumi xarici borcunu üstələyəcək və bu dövrdə xalis beynəlxalq investisiya mövqeyinin orta göstəricisi ÜDM-in təxminən 76 faizini təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə “S&P Global Ratings” hesabatıda qeyd olunur.

“Azərbaycanın xarici balansı onun kredit dayanıqlığının əsas amillərindən biri olaraq qalır ki, buna ARDNF-də toplanmış əhəmiyyətli valyuta aktivləri dəstək verir. Bu ehtiyatlar xarici şoklar əleyhinə ciddi qoruyucu rol oynayır. Gözləyirik ki, likvid xarici aktivlərin həcmi ölkənin xarici borcu səviyyəsindən ən azı 2028-ci ilin sonuna qədər yüksək qalacaq və 2025–2028-ci illərdə xalis beynəlxalq investisiya mövqeyi orta hesabla ÜDM-in təxminən 76 faizini təşkil edəcək. Hərçənd ki, iqtisadiyyat xarici ticarət şərtlərinin dəyişkənliyinə qarşı həssas olaraq qalır, Azərbaycanın xalis xarici mövqeyinin miqyası qiymət dövrlərindəki mənfi təsirlərin xarici likvidlik və bütövlükdə iqtisadiyyat üzərindəki yükünü əhəmiyyətli dərəcədə yumşaltmalıdır. Proqnozlaşdırırıq ki, cari hesab 2025–2028-ci illərdə ÜDM-in orta hesabla təxminən 3 faizi səviyyəsində qalacaq və 2028-ci ildə hidrokarbon hasilatının sabitləşməsi və investisiya tələblərinin artması fonunda kiçik kəsirə keçəcək”,-“ S&P”nin hesabatında deyilir.

Agentliyin analitikləri bildirirlər ki, hazırkı büdcə müzakirələri hökumətin 2026-cı ildə mərkəzləşdirilmiş büdcənin ÜDM-ə nisbətdə təxminən 2,3 faiz səviyyəsində kəsrə hədəfləndiyini göstərir.

“Bizim neft qiymətləri üzrə baza proqnozumuz bir qədər daha mühafizəkardır - 2026-cı ildə barrelinə 60 dollar, 2027–2028-ci illərdə isə barrelinə 65 dollar. Bu isə rəsmi proqnozlarla müqayisədə gəlirlərin azalması baxımından müəyyən risklər yaradır. Bununla belə, gözləyirik ki, 2025–2028-ci illərdə dövlət sektorunun konsolidə olunmuş fiskal mövqeyi profisitli qalacaq və orta göstərici ÜDM-in 1 faizi səviyyəsində kəsirə uyğun olacaq. Orta müddətli büdcə çərçivəsi 2029-cu ilə qədər davamlı dövlət büdcəsi kəsirləri nəzərdə tutsa da, tarixən bu proqnozlar daha aşağı xərc icrası və ARDNF vəsaitlərinin davamlı toplanması fonunda konservativ olub”,- deyə hesabatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti