Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 60 ədəd nəqliyyat vasitəsi sifariş edəcək.
Trend-in məlumatına görə, ANAMA bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, agentlik 25 ədəd pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələri, 20 ədəd minaaxtaran itlərin daşınması üçün pikap tipli xüsusi təyinatlı nəqliyyat vasitələri, eləcə də, 15 ədəd pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələri alacaq.
Agentlik hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda, ANAMA qeyd olunan nəqliyyat vasitələrinin alınmasının ümumilikdə 5,4 milyon manata başa gələcəyini ehtimal edib.