...

Ukrayna sülh razılaşması güzəştlər tələb edəcək - Marko Rubio

Dünya xəbərləri Materials 19 Avqust 2025 04:52 (UTC +04:00)
Ukrayna sülh razılaşması güzəştlər tələb edəcək - Marko Rubio

Bakı. Trend:

Ukraynada münaqişəyə son qoymaq üçün istənilən razılaşma hər iki tərəfin güzəştə getməsini tələb edəcək və belə bir nəticə “hətta ədalətsiz” də ola bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlar hər iki tərəfin yalnız nələrəsə sahib olunmasını deyil, həm də nələrisə verməsini tələb edəcək. Əslində, tərəflərin heç biri burada nəyisə 100 faiz əldə edə bilməyəcək. Hər bir tərəf müəyyən güzəştlərə getməli olacaq", - deyə o bildirib.

O qeyd edib ki, ərazi məsələləri istər-istəməz həmin söhbətin tərkib hissəsi olacaq. "Bu, asan deyil və bəlkə də ədalətli deyil, amma müharibəni bitirmək üçün bu lazımdır", - deyə dövlət katibi bildirib. O əlavə edib ki, bu münaqişədə tərəflərdən birinin qeyd-şərtsiz təslim olması olmayacaq.

Xəbər lenti

Xəbər lenti