...

ABŞ Ukraynanın müdafiəsini təşkil edəcək - Tramp

Dünya xəbərləri Materials 18 Avqust 2025 22:09 (UTC +04:00)

Bakı. Trend:

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində ABŞ Ukraynanın çox yaxşı müdafiəni təşkil edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vodimir Zelenski ilə görüşündə deyib.

O qeyd edib ki, tərəflər Ukraynanın təhlükəsizliyinə təminat məsələsini hələlik müzakirə etməyiblər. Tramp əlavə edib ki, bu gün Ağ Evdə bunun müzakirə mövzusu olub-olmayacağını bilmir.

"Ancaq biz onlara çox yaxşı təhlükəsizlik zəmanətləri verəcəyik, çox yaxşı müdafiə verəcəyik", - deyə Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti