Bakı. Trend:
"Napoli"nin hücumçusu Romelu Lukaku zədə səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliya çempionu heyətinə yeni forvard cəlb etməyi planlaşdırır.
"Napoli"nin əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Coşua Zirkzedir.
Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte niderlandlı futbolçunu komandasında görmək istəyir.