Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsinə açıq olduğunu bildirib.
Trend-in məlumatına görə, bunu Zelenski ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib.
Ukrayna prezidenti əlavə edib ki, seçkilərin yalnız atəşkəsdən sonra keçirilməsinə razıdır.
"Bəli, təbii ki, biz seçkilərə açığıq. Onlar təhlükəsiz şəraitdə baş verməlidir. Parlamentdə müəyyən işlər görməliyik, çünki müharibə zamanı seçki keçirilə bilməz. Amma biz təhlükəsizliyi təmin edə bilərik", - deyə o bildirib.