Bakı. Trend:
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin görüşü başa çatıb.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi məlumat yayıb. Bildirilir ki, tərəflər müxtəlif formatlarda müzakirələri davam etdiriblər.
xxx
23:03
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Avropa liderləri ilə çoxtərəfli görüşdə iştirak edirlər.
Trend-in məlumatına görə, bu barədə Ağ evin mətbuat xidməti bildirib.
Görüşdə NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcia Meloni və Finlandiya prezidenti Aleksandr Stubb iştirak edir.