Bakı. Trend:
42 mindən çox ABŞ istifadəçisi "Starlink" peyk rabitə sistemindəki problemlərdən şikayətləniblər.
Trend-in məlumatına görə, bu barədə "Downdetector" servisinin hesabatında bildirilib.
Məlumata əsasən, nasazlıqlarla bağlı şikayət edən insanların 60 faizi internetlə bağlı problemləri qeyd edib, 38 faizi əlaqənin tam kəsilməsindən, 2 faizi şəbəkəyə qoşulmaqdan şikayətlənib.
ABŞ-dan başqa, Böyük Britaniyada Starlink-də fasilələr qeydə alınıb.