...

Tramp Putin və Zelenski arasında görüşü üçün hazırlıqlara başladığını bildirib

Dünya xəbərləri Materials 19 Avqust 2025 02:27 (UTC +04:00)
Tramp Putin və Zelenski arasında görüşü üçün hazırlıqlara başladığını bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş üçün hazırlıqlara başladığını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən prezident Putinə zəng etdim və prezident Putinlə prezident Zelenski arasında müəyyən ediləcək yerdə görüşü üçün hazırlıqlara başladım. Bu görüş baş tutandan sonra bizim üçtərəfli danışıqlarımız olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti