...

Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirlərini artırıb

İqtisadiyyat Materials 19 Avqust 2025 10:02 (UTC +04:00)
Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirlərini artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 34,9 milyon ABŞ dolları dəyərində 112,5 min ton neft koksu ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,9 milyon ABŞ dolları və ya 2,9 dəfə çox, həcm ifadəsində isə 29,6 min ton və ya 20,8% azdır.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracında 0,23% paya malik olub.

Eyni zamanda cari ilin yanvar-iyul aylarında Azərbaycandan 1,1 milyon ABŞ dolları dəyərində 4,1 min ton neft bitumu ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 947 ton və ya 8,6 dəfə, həcm ifadəsində isə 3,4 min ton və ya 6 dəfə çoxdur.

Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracında 0,01% paya malik olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti