...

Xocalıda yanğın törədən şəxs saxlanılıb

Hadisə Materials 19 Avqust 2025 08:49 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalarla yanğının Xocalı rayonuna qonaq gələn, 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

P. Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti