...

Avtomobilin konstruksiyasını dəyişərək avtoxuliqanlıq edən sürücü həbs olunub (VİDEO)

Hadisə Materials 19 Avqust 2025 11:18 (UTC +04:00)
Avtomobilin konstruksiyasını dəyişərək avtoxuliqanlıq edən sürücü həbs olunub (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, insan həyat və sağlamlığı üçün real təhdid hesab edilən və hərəkət iştirakçılarına açıq-aşkar hörmətsizlik ifadə edən bu cür davranışlara yol verənlərə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər bundan sonrada görüləcəkdir", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti