...

Günəş və külək elektrik stansiyalarında enerji istehsalının həcmi məlum olub

Energetika Materials 19 Avqust 2025 11:20 (UTC +04:00)
Günəş və külək elektrik stansiyalarında enerji istehsalının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 27,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon kVt-saat və ya 18,6% azdır.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 334,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk yeddi ayındakı göstərici ilə müqayisədə 38,7 milyon kVt-saat və yaxud 13,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti