...

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumuna hazırlıq müzakirə edildi (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2025 10:20 (UTC +04:00)
Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumuna hazırlıq müzakirə edildi (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.

Görüş zamanı, əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə aparıcı təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının Afrika ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.

Azərbaycanın BMT-in Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və əlaqədar hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə xanım Vahome WUF13-ün Milli Koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevlə keçirilmiş görüşlərə istinad edib.

Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq, onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir xanım nazirə 2025-ci ilin 15-17 oktyabr tarixlərində Xankəndi və Bakı şəhərlərində keçiriləcək 3-cü Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında məlumat vermiş və tədbirə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti