...

İlk altı ayda Naxçıvanda sığorta ilə edilən cərrahi əməliyyatların sayı açıqlandı

Cəmiyyət Materials 19 Avqust 2025 09:24 (UTC +04:00)
İlk altı ayda Naxçıvanda sığorta ilə edilən cərrahi əməliyyatların sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta hesabına 5919 cərrahi əməliyyat həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığorta ilə ən çox icra edilən əməliyyatlar ümumi cərrahi xidmətlərdir ki, ilk altı ayda 2454 ümumi cərrahi xidmət göstərilib.

Əlavə olaraq ilk altı ayda göstərilən cərrahi xidmətlərin 1849-u ginekoloji cərrahi, 882-si oftolmoloji cərrahi, 539-u kardioloji cərrahi, 195-i isə travmatoloji cərrahi xidmətlərə aitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti