...

Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 19 Avqust 2025 11:27 (UTC +04:00)
Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Arzuman Yaqubov bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

“Azərbaycana İrandan yuyucu tozların gətirilməai ilə məşğulam. Sertifikat almaq üçün ona pul vermişəm. Hər məhsul üçün 100-110 manat ödəniş etmişəm. İstintaqa verdiyim ifadəni təsdiq edirəm”.

Şahid Sərdar Xasayev ifadəsində bildirib ki, Türkiyədən Azərbaycana gigiyenik vasitələr gətirirəm. Hər mal üçün 450 manat ödəniş etmişəm. Ödəniş etməsəydim mənə sertifikat verilməyəcəkdi.

Cinayət işi üzrə şahid qismində ifadə verən Kamran Əsədov təqsirləndirilən şəxslərdən Tahir Vəliyevi tanıdığını məhkəməyə bildirib:

“Tahir danışığımız olmasa da, onu tanıyıram . Mən ölkəyə xaricdən krem gətirirəm. Bunun üçün də gömrüyə sertifikat təqdim etməliyəm. 250-300 manat ödəniş etmişəm. Lakin ödənişlə bağlı mənə heç bir çek verilməyib ”.

Cinayət işi üzrə ifadə verən “Saxa Kids” MMC-nin direktoru Svetlena Allahverdiyeva bildirib ki, təqsirləndirilən şəxslərdən yanlız biri ilə telefon danışığı olub:
“Mən hüquqi şəxsəm. “Saxa Kids” Türkiyədən, Almaniyadan , İngiltərədən uşaq geyimləri gətirir. Bizim mallar gömrükdə idi. Hər gün üçün 100 dollar ödəniş etməli idik. Bizə dedilər ki, 300 manat ödəniş edin, lisenziya verilsin. Hər məhsuldan nümunə götürüldü. Adını dəqiq xatırlamıram. Samir, ya da Sahib adlı şəxs kart göndərdi, ödəniş etdik, bizə lisenziyanı vatsapdan göndərdi”.

Məhkəmənin növbıti prosesi 16 sentyabrda baş tutacaq.

Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti