Bakı. Trend:
Bakının Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.