...

Rusiya Azərbaycandan qeyri-neft məhsulları alışını artırıb

İqtisadiyyat Materials 19 Avqust 2025 15:25 (UTC +04:00)
Rusiya Azərbaycandan qeyri-neft məhsulları alışını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 716,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,5 milyon ABŞ dolları və ya 1,1 dəfə çoxdur.

Bu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 34,32%-ni təşkil edib.

Bununla da hesabat dövründə Rusiya Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında 1-ci pillədə qərarlaşıb.

Eyni zamanda 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 3,1 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 500 milyon ABŞ dolları və ya 1,2 dəfə çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,73%-i həcmində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti