...

Fransa Azərbaycandan yeddi ayda 41,3 milyon dollarlıq neft alıb

Energetika Materials 19 Avqust 2025 12:28 (UTC +04:00)
Fransa Azərbaycandan yeddi ayda 41,3 milyon dollarlıq neft alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 41,3 milyon ABŞ dolları dəyərində 81,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,8 milyon ABŞ dolları və ya 27,6%, həcm ifadəsində isə 8 min ton və ya 8,9% azdır.

Dövr ərzində Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 18-ci pillədə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 7,7 milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,6 milyard ABŞ dolları və ya 17%, həcm ifadəsində isə 225,5 min ton və ya 1,5% azdır.

Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Fransa arasında ticarət əməliyyatlarının həcmi 189,7 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 7,5 milyon ABŞ dolları və ya 3,8% azdır.

Hesabat dövründə Fransa ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,66%-i həcmində olub.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 45,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,8 milyon ABŞ dolları və ya 26,8% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Fransadan Azərbaycana 143,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 9,3 milyon ABŞ dolları və ya 6,9% artım deməkdir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti