...

Sosial xidmət müəssisələrində 7 ayda 3 min şəxsə xidmət göstərilib

Cəmiyyət Materials 19 Avqust 2025 14:32 (UTC +04:00)
Sosial xidmət müəssisələrində 7 ayda 3 min şəxsə xidmət göstərilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min şəxsə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji, və s. xidmətlərlə təmin olunublar.

Qeyd edilən şəxslərdən 967 nəfərini uşaqlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti