...

Evlərində sosial-məişət xidməti göstərilənlərin sayı açıqlandı

Cəmiyyət Materials 19 Avqust 2025 14:19 (UTC +04:00)
Evlərində sosial-məişət xidməti göstərilənlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2493-ü qadın, 751-i kişidir.

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti