...

Azərbaycanın qaz ixracından gəlirləri 11%-ə yaxın artıb

İqtisadiyyat Materials 19 Avqust 2025 09:44 (UTC +04:00)
Azərbaycanın qaz ixracından gəlirləri 11%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 14,4 milyard kubmetr qaz halında təbii qaz ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda qaz ixracından əldə olunan gəlir 5,3 milyard ABŞ dolları olub.

Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 625,1 milyon kubmetr və ya 4,5%, dəyər ifadəsi ilə 513,3 milyon ABŞ dolları, yaxud da 10,8% artıb.

Qaz ixracı 2025-ci ilin ilk yeddi ayının ixracına nisbətən 34,60% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti