...

İranla Ermənistan arasında 10 əməkdaşlıq sənədi imzalanıb

Dünya xəbərləri Materials 19 Avqust 2025 13:53 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Ermənistan arasında bir birgə bəyanat və müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalanıb.

Bu barədə Trend İran Prezidentinin informasiya portalına istinadən məlumat verib.

Məlumata görə, bu gün İran prezidenti Məsud Pezeşkian və Ermənistan baş naziri Nikol Paşinyanın iştirak etdiyi tədbirdə siyasi, sosial, mədəniyyət, turizm, sənaye, təhsil, yol və şəhərsalma, incəsənət, səhiyyə sahələrində əməkdaşlıq sənədlərin imzalanıb.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 18 avqustda yüksək səviyyəli heyətin müşayəti ilə Ermənistana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti