...

Azərbaycanda qazdan istifadə qaydaları hazırlanacaq - FƏRMAN

Siyasət Materials 19 Avqust 2025 15:17 (UTC +04:00)
Azərbaycanda qazdan istifadə qaydaları hazırlanacaq - FƏRMAN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qazdan istifadə qaydaları hazırlanacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində ölkə qanunlarının və Prezident aktlarının “Qaz təchizatı haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddini, qazdan istifadə qaydalarını, qaz təchizatı sisteminə dair qaydaları, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını, qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını, müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi qaydasını, ixtisas attestatının formasını, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını, qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri hazırlayıb, Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Energetika Nazirliyi “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını üç ay müddətində, qaz təchizatı obyektlərinin texniki istismar qaydalarını doqquz ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, həmin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fövqəladə Hallar Nazirliyi “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarını 9 ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət Neft Şirkəti “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.

“Qaz təchizatı haqqında” qanunun tətbiqi ilə bağlı qəbul ediləcək Prezident aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanunun müvafiq müddəalarının qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz. Qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti