Bakı.Trend:
İngiltərənin "Liverpul" klubu futbolçusu Kostas Tsimikas ilə yollarını ayıracaq.
Trend xəbər verir ki, futbolçu özü də karyerasını İngiltərədən kənarda davam etdirmək niyyətindədir.
29 yaşlı oyunçu transfer pəncərəsi bitmədən ayrılacaq.
K.Tsimikas "qırmızılar"a 5 il əvvəl "Olimpiakos"dan 13 milyon avroya keçib.