...

Azərbaycanda yeddi ayda dəmiryolu nəqliyyatı ilə 1,8 milyard dollarlıq yük daşınıb

İqtisadiyyat Materials 19 Avqust 2025 15:15 (UTC +04:00)
Azərbaycanda yeddi ayda dəmiryolu nəqliyyatı ilə 1,8 milyard dollarlıq yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 1,8 milyard ABŞ dolları dəyərində 4,1 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 25,9 milyon ABŞ dolları və ya 1,4% az, həcm ifadəsində isə 6,9 min ton və ya 0,2% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 490,1 milyon ABŞ dolları dəyərində 1,6 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 14,8 milyon ABŞ dolları və ya 2,9%, həcm ifadəsində isə 17,6 min ton və ya 1,1% azalma deməkdir.

Eyni zamanda, dövr ərzində dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycana 1,3 milyard ABŞ dolları dəyərində 2,5 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 11,1 milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımıdan isə 24,5 min ton və ya 1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti