Bakı.Trend:
Xaçmazda avtomobil ağaca çırpılıb.
Trend xəbər verir ki, hadisə Xaçmaz rayonu, Yergüc kəndi ərazisində baş verib.
Belə ki, Ə.Elvin idarə etdiyi “KİA RİO” markalı avtomobillə Yergüc kəndi ərazisində Quba rayonu istiqamətində hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirib yolun sağ kənarında olan ağaca dəyərək dayanıb.
O, nəticədə aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.