...

Zəngilanda avtomobillə adamı qəsdən vurub öldürən şəxs saxlanılıb

Hadisə Materials 19 Avqust 2025 08:18 (UTC +04:00)
Zəngilanda avtomobillə adamı qəsdən vurub öldürən şəxs saxlanılıb

Bakı. Trend

Avqustun 18-də Zəngilan rayonunun Ağalı kəndində sürücü avtomobillə adamı qəsdən vurub öldürüb.

Trend-in məlumatına görə, kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalov işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulub və xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, 1980-ci il təvəllüdlü Elçin Abdullayev saxlanılaraq istintaqa təqdim olunub.

İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti