...

Xaçmazda yeni piyada körpüsü inşa olunub (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2025 11:07 (UTC +04:00)
Xaçmazda yeni piyada körpüsü inşa olunub (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində Qudyalçay üzərində yeni piyada körpüsü inşa olunub.

Trend xəbər verir ki, bu barədə Xaçmaz rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə inşa olunan və uzunluğu 42 metr olan piyada körpüsü iki dayaqdan ibarətdir. Körpünün eni və hündürülüyü 2,3 metrdir. Metal konstruksiyadan ibarət olan körpü günün tələbləri səviyyəsində layihələndirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni inşa olunan piyada körpüsünə baxış keçirib. İcra başçısı sakinlərlə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.

Qeyd edilib ki, piyada körpüsü Qudyalçayda suyun səviyyəsinin artması ilə qəzalı vəziyyətə düşmüşdü. Bu səbədəndə yeni körpünün inşasına zərurət yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti