...

Xocavənddə yanğına səbəb olanlar saxlanılıb

Hadisə Materials 19 Avqust 2025 09:31 (UTC +04:00)
Xocavənddə yanğına səbəb olanlar saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqust ayının 18-də Xocavənd rayonunun Qırmızı Bazar ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub.

Nəticədə 15 hektar ərazidə quru ot yanıb.

Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti