Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunan çimərliklərdə ölüm faktı qeydə alınmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, çimərlik mövsümü başlayandan suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər vətəndaş xilasedicilər tərəfindən xilas edilib.
Xatırladaq ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Çimərlik mövsümü başlamadan əvvəl Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə üzrə çimərliklərin monitorinqini aparıb.