...

Azərbaycanda yeddi ayda dəniz nəqliyyatı ilə 1,3 milyard dollarlıq yük daşınıb

İqtisadiyyat Materials 19 Avqust 2025 14:27 (UTC +04:00)
Azərbaycanda yeddi ayda dəniz nəqliyyatı ilə 1,3 milyard dollarlıq yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 1,3 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 50,5 milyon ABŞ dolları və ya 3,7%, həcm ifadəsində isə 311,5 min ton və ya 18,5% azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 64 milyon ABŞ dolları dəyərində 112 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,4 milyon ABŞ dolları və ya 5,1% azalma, həcm ifadəsində isə 65,6 min ton və ya 2,2 dəfə artım deməkdir.

Eyni zamanda, dövr ərzində dəniz nəqliyyatı vasitəsilə Azərbaycana 1,3 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 47,1 milyon ABŞ dolları və ya 3,6%, həcm baxımıdan isə 377,1 min ton və ya 23% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti